Ali and Nino
“Əli və Nino” kitab evlərində iyul ayında Azərbaycan dilində ən yaxşı satılan kitabların siyahısı:

1. "Əli və Nino”. Qurban Səid

2. "İnsan ovu”. Çingiz Abdullayev

3. “Mavi mələklər”. Çingiz Abdullayev

4. “Mələklər və iblislər”. Den Braun

5. “Ətriyyatçı”. Patrik Züskind

6. “11 dəqiqə”. Paolo Koelyo

7. “Da Vinçi şifrəsi”. Den Braun

8. “Rio-Pedronun sahilində oturdum və ağladım”. Paolo Koelyo

9. “Kimyagər”. Paolo Koelyo

10. “Çərpələng uçuran”. Xalid Hüseyni

Vicdan əzabı haqqında

Ali and Nino
Hər dəfə Avropadan qayıtdıqdan sonra Bakıda dayanacaqdan kənar avtobusa minib-düşəndə elə bil vicdanım ağrıyır. İstər-istəməz düşünürəm - görəsən ölkədəki vəziyyətin bu hala düşməsində bizim məsuliyyətimiz nə qədərdir?
Shakespeare
APA-nın verdiyi xəbərə görə, Baş Nazirin Müavini Əli Həsənov 26 İyun Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Gününə həsr olunmuş konfransda çıxış edib və deyib ki, son illər Avropaya inteqrasiya prosesi ilə əlaqədar olaraq Azərbaycanda boşanma hallarının sayı artıb.

Uçdu göylərə bizim peykimiz

Darwin 200
Yadıma gəlir, Oğuz-Qəbələ-Bakı su kəmərini çəkəndə deyirdilər ki, Bakının su problemi birdəfəlik həll olunacaq. Evlərə, hətta Əhmədliyə fasiləsiz su veriləcək.

Amma yarım milyarddan çox pul xərcləndikdən, kəmər açıldıqdan sonra gördüyümüz tam əksi oldu. Evlərə veriləcək əlavə su başlarına dəysin, su heç əvvəlki miqdarda da gəlmir.

İndi eyni nağılları şanlı kosmik peykimiz barədə danışırlar. Qoy peyk hazır olsun, göyə buraxılsın, İnternetin sürəti artacaq, trafiki çoxalacaq, qiymətlər aşağı düşəcək. Ölkə sürətlə internetləşəcək.

Amma qorxuram ki, peyk buraxılandan sonra İnternetimiz yerli dibli yoxa çıxa. O məşhur mahnıda deyildiyi kimi - "uçdu göylərə bizim İnternetimiz" - sonra da dial-up səsi gəlsin - "bip-bip, bip-bip" ...

İntellektual qiymətartırma

Darwin 200
İndiyə qədər avtobuslarda bilet məsələsini hələ də həll edə bilməyən Nəqliyyat Nazirliyi Bakıda ictimai nəqliyyatın intellektual idarəetmə sisteminə keçməyə hazırlaşır. Bu məqsədlə ilk addım kimi gediş haqqı artırılacaq. Bəxtəvər başımıza :)
Shakespeare
Bu günlərdə Moskvada maraqlı bir seminarda idim - mövzu əsasən modernizasiya problemlərinə həsr olunmuşdu. Konfransda eşitdiyim bir söhbəti paylaşmaq istəyirəm - yalnız bu bəsdir ki, Rusiyasayağı modernizasiyanın təbiəti aydın olsun.

Deməli, Rusiya çarı I Pyotr "Böyük Səfirliyin" tərkibində üç həftə İngiltərədə olur.

Bu üç həftə ərzində o, İngiltərə kralı Oranlı Vilhelm ilə görüşür, dövrünün məşhur rəssamı Qotfrid Knellerə portretini çəkdirir, Qrinviç və Oksfordu gəzir, Kral donanmasına baxış keçirir və şəhərsalmanı öyrənmək üçün Mançesterə gedir.

Amma bütün bu üç həftə ərzində Pyotr bir dəfə də olsun Britaniya Parlamentinə ayaq basmır.

"Xam xəyallara düşməyin!"

Ali and Nino
Azərbaycan hökuməti çox operativdir. O mənada ki, onun haqqında şübhələrə düşməyə heç vaxt imkan vermir.

Elə dünən, hakimiyyətyönlü millət vəkili Qüdrət Həsənquliyevin müxalifətin 2 Aprel mitinqində həbs olunanların buraxılması təklifi barədə oxuyanda düşünmüşdüm - görəsən Avroviziya sonrası Azərbaycan hökuməti rejimi yumşaltmağa doğru gedəcək?

Bu gün isə Bəxtiyar Hacıyev iki il müddətinə azadlıqdan məhrum edildi.

Bir sözlə, hökumət həm bizə, həm də rejimin yumşalması ehtimalından və zərurətindən yazan xarici mediaya cavabı gecikdirmədi: "xam xəyallara düşməyin!"

Bəxtiyar Hacıyevin həbsi göstərdi ki, Azərbaycan hökuməti Avroviziya xətrinə belə, hətta kosmetik dəyişiklik istəyində və iradəsində deyil.
Ali and Nino
Hakimiyyətyönlü millət vəkili Qüdrət Həsənquliyev müxalifətin 2 Aprel mitinqində həbs olunan gənclərin azadlığa buraxılmasını təklif edib. Görəsən bu, rejimin post-Avroviziya yumşalmasının ilkin əlamətidir, yoxsa yalançı siqnal?
Qüdrət Həsənquliyev nə deyib )

Где Мубарак? Он улетел!

Мифы и реальность

Shakespeare
Некоторые называют события в Тунисе и Египте «Революцией Twitter».

Потому что организаторы акций делают это в основном посредством Facebook и Twitter. Блогер Али Новрузов говорит, что все это просто мифыНекоторые называют события в Тунисе и Египте «Революцией Twitter».

Потому что организаторы акций делают это в основном посредством Facebook и Twitter. Блогер Али Новрузов говорит, что все это просто мифы.

читать далее
Darwin 200
Misirdəki inqilabi hadisələrlə bağlı ən maraqlı münasibətə elə indicə rast gəldim - özü də Facebook-da. Azərbaycan hökumətinin məmurlarından biri öz statusunda yazıb: "ABŞ-ın Misirdəki hadisələrə reaksiyasını görəndə adamın ürəyi ağrayır. Yenə də ikili standartlar. Yenə də demokratiya ilə qeyri-səmimi oyun oynama. "O köpək oğludur, amma bizim köpək oğludur" siyasəti 11 sentyabrdan bəri hələ də dəyişməyib."

Dəlidən doğru xəbər buna deyərlərmiş :)

Avropa dəyərlərini pozanlar

Ali and Nino
Avropa Şurasının plenar iclasına canlı baxıram, İnternet vasitəsilə. Qənirə Paşayeva AŞPA-nın sədrindən soruşur ki, Avropa Şurası Ermənistanın Avropa dəyərlərini belə kobudcasına pozmasına necə dözümlə yanaşa bilir axı?! Cənab Yagland da diplomatlıq elədi, gərək deyərdi ki, sizə necə dözümlə yanaşırıqsa, onlara da elə :)

Facebook-un birinci qanunu

Darwin 200
2010-cu ildə çıxardığım başlıca əqli nəticə - hətta pişiyinin məsti-xumar gözlərinə aludəliyin barədə status yazsan, kimsə gəlib səninlə razılaşmayacaq və bunun üçün Kantdan, Feyerbaxdan palaz-palaz sitat da gətirəcək.

Kant və Feyerbaxı sözgəlişi dedim, Bodriyar və Haydeger də ola bilər, əsas olan pişiyin məsti-xumar gözləridir.

Yeni iliniz mübarək!